Emin Mahmudovdan yubiley qolu

Emin Mahmudovdan yubiley qolu

“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan çempionatlarında yubiley qolunu vurub.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın kapitanı Premyer Liqanın XXIX turunda “Sumqayıt”la görüşdə fərqlənərək, ölkə çempionatlarında ümumi qol sayını 40-a çatdırıb.

Azərbaycanda yalnız “Neftçi”nin formasını geyinən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunun heyətində vurub. O, 2017/2018 mövsümündən “Neftçi”nin uğurları üçün çalışır.

Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər