Emiliano Salanın itkin düşdüyü təyyarənin qalıqları tapıldı

Emiliano Salanın itkin düşdüyü təyyarənin qalıqları tapıldı
Uelsin "Kardif Siti" klubunun yeni transferi Emiliano Salanın da içində olduğu itən təyyarə tapılıb.
Fanat.Az xəbər verir ki, təyyarənin qalıqları Qernsi adası yaxınlığında, La-Manş boğazının dibində aşkarlanıb. 
Bu barədə Salanın və təyyarənin pilotu Aybbotsonun ailəsinə məlumat verilib. Onların meyitlərinin tapılıb-tapılmadığı barədə xəbər yoxdur. Axtarışları xüsusi maliyyələşdirilmiş bir kommersiya şirkəti aparıb. 
Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. Argentinalı futbolçu İngiltərə Premyer Liqasında çıxış edən "Kardiff Siti"in ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər