AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın aşağı yaş qrupları üzrə komandalarında çıxış edən Ramil Şeydayevlə Ayaz Quliyev haqqında açıqlama verib. Fanat.az xəbər verir ki, baş katib onların Azərbaycanın əsas millisində oynamaq perspektivindən danışıb:
"Bizim qapılarımız Ramil Şeydayevlə Ayaz Quliyev üçün açıqdı. Onlar azərbaycanlıdılar. Azərbaycan yığmalarının qapıları, təbii ki, onlar üçün açıqdır Əsas odu ki, təkliflərimizi vermişik, dəvətimizi göndərmişik, görüşmüşük. Bundan sonra onların vətənpərvərlik hissləri oyanmalıdı və doğru seçim etməlidilər. Əslində hər bir oyunçu Şeydayev kimi futbolçuya qarşı oynamağı özü üçün bir stimul kimi qəbul edir. Anlayır ki, rəqib komandada azərbaycanlı futbolçu çıxış edir. Onlar da komanda olaraq, Ramil Şeydayev kimi güclü futbolçunun komandamızda oynamasını istərdilər. Lakin belə futbolçuya qarşı oynamaq da ondan güclü olduqlarını nümayiş etdirmək baxımından əlavə stimuldu".
Fanat.az