Elvin Əsgərov Bolqarıstana niyə aparılmır?

Elvin Əsgərov Bolqarıstana niyə aparılmır?

İyulun 16-dan 30-dək Bolqarıstanın Bansko şəhərində Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan referi və referi köməkçiləri üçün təlim-məşq toplanışı keçiriləcək. Artıq toplanışda iştirak edəcək hakimlərin siyahısı da açıqlanıb. 

Ancaq siyahıda Premyer Liqada fit çalan Elvin Əsgərovun adına rast gəlmədik. Məsələni dəqiqləşdirmək üçün AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla əlaqə saxladıq. Məmmədov isə saytımıza açıqlamasıda Əsgərovun zədəli olduğunu, bu səbəbdən toplanışda iştirak etməyəcəyini bildirdi.

Bundan başqa gənc hakimlərdən Kərim Kərimov toplanışa cəlb olunub. Onun növbəti mövsümdə elitada hakimlik edəcəyi istisna deyil. Premyer Liqada ədaləti qoruyanlardan Elman Musayev, Azər Əsgərov və İsgəndər Əliyev də Bolqarıstana yollanmayacaq. Təcrübəlilərin yerinə daha çox gənclərə üstünlük verilib ki, onlar da bu hazırlıq prosesindən yararlansınlar.(sport7.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər