"Xəzər" klubu Türkiyədə növbəti yoxlama oyununu keçirib və Türkiyənin "Kəmərspor" klubu ilə qarşılaşıb. 2:1 hesablı qələbə qazanan Azərbaycan klubunun baş məşqçisi Elşad Əhmədov oyundan sonra fikirlərini Fanat.Az-a bildirib.
-Öncə oyunla bağlı fikirlərinizi bildirərdiz...
-Antalya toplanışının 8-ci günündə ikinci oyunumuzu keçirdik. Uşaqlarda bir qədər ağırlıq var idi ki, bu da başadüşüləndi. Yükləmələrə görədi. Sonrakı oyunlarda bu çatışmazlıq daha az hiss olunacaq. Yükləmələr azaldıqca qaydasına düşəcək. Əlbəttə ki, çatışmazlıqlarımız da az deyil. Zamanla aradan qaldırmağa çalışacağıq. Sırf bu matçdan danışsaq, hesabda geri düşdük. İkinci yarıda uşaqlar xarakter göstərərək 2 top vura bildilər. Bizim üçün oyunun ikinci hissəsi daha maraqlı alındı.
-Fasiləyə qədər meydanda olanların zəif təsir bağışladığını demək olarmı?
-Rotasiya aparırıq. Futbolçuları yaxşı tanımaq üçün hər birinə şans verməliyik.
-İlk yoxlama görüşüylə müqayisədə nə dəyişib?
-Birinci sınaq oyununda daha güclü rəqiblə oynadığımızı unutmayaq. Almanlar pressinq tətbiq edərək oynamağa imkan vermirdilər. Amma bu görüşdə 70-80 faiz müdafiədən hücumlara çıxa bilirdik. Özünüz də gördüyünüz kimi, oyunumuz alınırdı.
Fanat.Az