Elnur Məmmədov Düşənbədən əlidolu qayıtdı- FOTOLAR

Elnur Məmmədov Düşənbədən əlidolu qayıtdı- FOTOLAR

Asiya Futbol Konfederasiyasının (AFK) Düşənbədə keçirilən birgünlük konfransında "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov da işdirak edib. 

Sport7.az xəbər verir ki, bakılıların rəsmisi konfransda "Kick-Off” layihəsi çərçivəsində Tacikistanda futbol infrastrukturlarının inkişaf etdirilməsi perspektivlərinə dair mövzularla bağlı öz fikirini asiyalılara çatdırıb.

Taciklərin Elnur bəydən nəyi öyrənib, nəyi öyrənə bilmədiklərini deyə bilmərik. Bundan sonra Asiya tərəflərdə futbol yoxa çıxsa, məhv olsa, bilin ki, Məmmədovun qəbahəti böyükdü. Keçəl dərman bilsəydi, öz başına sürtərdi də...

"Neftçi"yə ən uğursuz mövsümü yaşadanların başında duran Elnur Məmmədov ötən gecə Düşnbədən qayıdıb. Özü də Almatı-Bakı reysiylə. Deyəsən, əlidolu gəlib. Maraqlıdı, həmin paketlərin içində keçəlin dərmanı varmı?

Həmin anın fotolarını təqdim edirik:

Qaynar.info

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər