Elnur Əşrəfoğlunun vəziyyəti necədir? - AÇIQLAMA

Elnur Əşrəfoğlunun vəziyyəti necədir? - AÇIQLAMA

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Müalicə aldığı "Yeni Klinika"dan Fanat.Az-a bildirilib ki, jurnalistin vəziyyətində dəyişiklik yoxdur.

"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun ECMO dəstəyi davam edir", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər