Müqavilə ilə "Xəzər Lənkəran"ə məxsus olan Elnur Cəfərovun İspaniya sequndasında çıxış edən "Ovyedo”ya keçidi rəsmiləşmək üzrədi. Artıq tərəflər razılıq əldə edib.
Ancaq millimizin üzvünün sequndada debütü hələ ki, mümkün olmayacaq. Əldə etdiyimiz özəl məlumata görə Cəfərov sözügedən klubun əsas yox, U-21 komandasında çıxış edəcək. Buna səbəb isə futbolçunun gənc olması göstərilir. O, U-21-də özünü yaxşı tərəfdən göstərəcəyi halda yalnız əsas komandaya cəlb oluna bilər.
Qeyd edək ki, Elnurun xidmətindən son Azərbaycan çempionu "Qarabağ" da maraqlı idi. Ancaq futbolçunun babası bu keçidə razı olmamışdı.(Sport7.az)
Fanat.az