Misli Premyer Liqasının XXIX turunun hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu gün turun açılış qarşılaşması olan "Araz Naxçıvan" - "Kəpəz" matçını Fərid Hacıyev idarə edəcək. FİFA referisi Əliyar Ağayev isə sabah baş tutacaq "Turan Tovuz" - "Sabah" oyununda ədaləti qoruyacaq.
Misli Premyer Liqası XXIX tur
5 aprel
20.00. "Araz-Naxçıvan" – "Kəpəz" Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Tural Qurbanov VAR: Rauf Cabarov AVAR: Kamran Bayramov Hakim-inspektor: Ömər Paşayev "Dalğa Arena".
6 aprel
16.00. "Turan Tovuz" – "Sabah" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu Hakim-inspektor: Rəhim Həsənov Tovuz şəhər stadionu.
20.00 "Qarabağ" – "Səbail" Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev Hakim-inspektor: Munis Abdullayev Tofiq Bəhramov adına Respublika stadionu.
7 aprel
16.30. "Zirə" – "Qəbələ" Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov Hakim-inspektor: Ceyhun Haşımov Zirə İdman Kompleksinin stadionu.
20.00. "Neftçi" – "Sumqayıt" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov Hakim-inspektor: İmanxan Sultani "Neftçi Arena".