El Şaaravi də mərc oyunlarına pul qoyurmuş? - Özü açıqladı

El Şaaravi də mərc oyunlarına pul qoyurmuş? - Özü açıqladı

"Roma"nın forvardı Stefan El-Şaaravi mərc oyunlarında ittiham olunmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə paylaşım edib:

“Mən özümü göstərməyi sevən insan deyiləm, amma son bir neçə gündə baş verənlər sərhədi aşır. İnanıram ki, hər zaman sevdiyim idmana sadiqliyimə görə qiymətləndirilmişəm.

Məni təbiətimə uyğun olmayan və heç vaxt edə bilməyəcəyim əməllərdə suçlayanladan müdafiə olunmaq məcburiyyətindəyəm. Məni az da olsa, tanıyan hər kəs bilir ki, belə işlər tutmaram. Heç vaxt insanları şayiələrə əsaslanaraq mühakimə etməyin, fakta söykənmədən fikir bildirməyin və sübut olmadan yalan xəbərlərin yayılmasını qidalandıran şərhlər verməyin. İnanın mənə, bu, qarşı tərəf üçün çox ağrılıdır”.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər