"Əl-Əhli" Firminodan cavab gözləyir

"Əl-Əhli" Firminodan cavab gözləyir

"Liverpul"un keçmiş hücumçusu Roberto Firmino karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bunu insayder Fabritsio Romano yazıb. 

Onun sözlərinə görə, braziliyalı futbolçu ilə "Əl-Əhli" klubu maraqlanır.

31 yaşlı forvard ilə hazırda danışıqlar gedir. Ərəblər Firminoya rəsmi təklif göndərib ondan cavab gözləyirlər. 

Qeyd edək ki, futbolçu hazırda azad agentdir. O, 2015-ci ildən çıxış etdiyi "Liverpul"dan ayrılıb. Firmino ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 13 qol vurub, 5 məhsuldar ötürmə edib.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər