Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib. Fanat.az xəbər verir ki, 74 yaşlı keçmiş döyüşçü bu gün həyatla vidalaşıb.
Məlumatı onun mətbuat sözcüsü də təsdiqləyib. Tənəfüssündə yarandığı problemə görə 2 iyun tarixində xəstəxanaya yerləşdirilən Məhəmməd Əli uzun müddət idi ki, parkinson xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, bütün zamanların ən yaxşı boksçusu kimi qəbul edilən Məhəmməd Əli 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olub. Əli rinqi 1981-ci ildə Trevor Berbikə məğlub olandan sonra tərk edib.