Argentinanın "River Pleyt" klubunda baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Martin Demikelis postundan ayrılmağa qərar verib. 43 yaşlı mütəxəssis sözügedən komandanın baş məşqçisi kimi son matçını iyulun 29-da "Atletiko Sarmiento"ya qarşı keçirəcək.
Qeyd edək ki, Martin Demikelis 2022-ci ilin oktyabrından "River Pleyt"ə rəhbərlik edirdi. O, bu komandanı ümumilikdə 86 matça çıxarıb: 51 qələbə, 18 heç-heçə və 17 məğlubiyyət. Demikelis "River Pleyt"ə üç kubok qazandırıb: Argentina çempionu, Super Kubokun və Çempionlar Kubokunun qalibi.
“River Pleyt” hazırda 7 oyundan 10 xalla Argentina çempionatının turnir cədvəlində 11-ci yerdədir.