"Nyukasl"ın Səudiyyə Ərəbistanının Dövlət investisiya fondu tərəfindən satın alındıqdan sonra klubda köklü dəyişikliklər baş tutacağı gözlənilir.
Fanat.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin yeni sahibləri komandanın hazırki baş məşqçisi Stiv Bryusun işindən narazıdır.
Məlumatda qeyd olunur ki, klubda baş məşqçi postuna namizədliyini irəli sürənlər də var. Şotlandiya "Rencers"inin baş məşqçisi Stiven Cerrard (Steven Gerrard) boş qalacaq posta yiyələnmək niyyətindədir.
Onunla yanaşı hazırda işsiz qalan "Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard (Frank Lampard) da komandaya öz xidmətlərini təklif edib.
"Çelsi"nin digər əfsanəsi Con Terri də işsizdir və "Nyukasl"ı çalışdıra biləcəyini düşünür.
Xatırladaq ki, Stiv Bryusun "Nyukasl"la müqaviləsinin müddəti 2022-ci ilə qədər nəzərdə tutulub.
Emin Şəmsiyev