Əfran İsmayılovun yeni klubu müəyyənləşdi

Əfran İsmayılovun yeni klubu müəyyənləşdi
"Səbail" növbəti transferini həyata keçirib.
 
Fanat.Az xəbər verir ki, "gəmiçilər" millimizin sabiq futbolçusu Əfran İsmayılovu heyətinə cəlb edib. 32 yaşlı cinah yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Ötən mövsümü "Keşlə"də keçirən İsmayılov Premyer Liqada bürünc medalçı olub. 
 
İsmayılov klubun mətbuat xidmətinə açıqlamasında, "Təcrübəmlə "Səbail"in uğurları üçün çalışacağam" sözlərini söyləyib.
Əfran daha əvvəl "Turan", "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "İnter" və "Sumqayıt" klublarında da çıxış edib. O, Azərbaycan millisinin heyətində 39 oyun keçirib.
 
"Səbail"in bunadək son transferi də millimizin sabiq üzvü - təcrübəli qapıçı Kamran Ağayev olub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər