Əfran İsmayılov məşqlərə başladı

Əfran İsmayılov məşqlərə başladı
Topaz Premyer Liqanın XXIV turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" oyunun hazırlıqlarını davam etdirir.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun komandası Bakı Olimpiya Stadionunun köməkçi meydançasında növbəti məşqini keçirib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Zədəsini sağaldan Əfran İsmayılov artıq fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması 13 aprel, saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər