Edinson Kavaninin yeni klubu müəyyənləşdi

Edinson Kavaninin yeni klubu müəyyənləşdi
PSJ-dən ayrılan Edinson Kavani karyerasını Portuqaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, uruqvaylı ulduz "Benfika"ya keçib. Bu barədə jurnalist Tankredi Palmeri məlumat yayıb. 33 yaşlı hücumçu yeni komandasında hər il 9 milyon avro qazanacaq. 
Qeyd edək ki, Kavani PSJ-də 2013-cü ildən çıxış edib. Ötən mövsüm uruqvaylı forvard Fransa çempionatında 11 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində Uruqvayda "Danubio", İtaliyada "Palermo" və "Napoli"nin də formasını geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər