Eddi oynadı, komandası uduzdu

Eddi oynadı, komandası uduzdu
İspaniyanın Sequnda divizionunda XXXI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Eddi İsrafilovun çıxış etdiyi "Kordoba" "Alaveş"i qəbul edib.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Eddi 76-cı dəqiqədə Raul De Tomasın yerinə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, "Kordoba" 31 turdan sonra 47 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər