Eddi İsrafilovun yeni klubu açıqlandı - RƏSMİ

Eddi İsrafilovun yeni klubu açıqlandı - RƏSMİ

"Neftçi"dən ayrılan Eddi İsrafilovun yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin 32 yaşlı yarımmüdafiəçisi karyerasını Malayziyanın "Cohor Darul Takzim" klubunda davam etdirəcək.

Malayziyanın yüksək liqasını təmsil edən klub Eddi ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.

Eddi İsrafilovun yeni klubu açıqlandı - RƏSMİ

Qeyd edək ki, Eddi İsrafilov 2022-2024-cü illərdə "Neftçi"də çıxış edib. O, bakılıların heyətində 71 rəsmi matça çıxaraq 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər