Eddi İsrafilov yeni klubunda debüt etdi

Eddi İsrafilov yeni klubunda debüt etdi

İspaniya ikinci liqasında (Liqa Adelante) II turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Kadis" doğma meydanda "Malyorka" ilə qarşılaşıb. 

Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1. Millimizin üzvü bu oyunda yeni komandasında debüt edib. Belə ki, o, hesab 1:1 olarkən, 79-cu dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, "Kadis" 2 turdan sonra 2 xalla 22 klub arasında 12-ci pillədə qərarlaşıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər