Eddi İsrafilov “fərqləndi”, komandası qalib gəldi

Eddi İsrafilov “fərqləndi”, komandası qalib gəldi

İspaniya Sequndasında XXVIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, milli komandamızın formasını geyinən Eddi İsrafilovun şərəfini qoruduğu “Kordoba” səfərdə Bilbao “Atletik”inin B komandası ilə qarşılaşıb.

 

Başdan sona meydanda olan yığmamızın üzvü “fərqlənməyə” də imkan tapıb. İsrafilov 55-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Bu, həmyerlimizin yeni komandasındakı 5-ci oyununda 4-cü xəbərdarlığıdı.

 

Qarşılaşma isə milli futbolçunun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər