Eddi ehtiyatda və Sequndada qaldı

Eddi ehtiyatda və Sequndada qaldı

Millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadiz” La Liqada oynamaq şansını itirib. Fanat.Az xəbər verir ki, Eddinin komandası pley-off oyununda“Tenerife”dən güclü olduğunu isbatlamağı bacarmayıb.

 

Birinci görüşdə öz meydanında 1:0 hesablı zəfərə sevinən “Kadiz” səfərdə eyni hesabla uduzub. Ümumi hesab bərabər olduğundan, daha 30 dəqiqəyə ehtiyac duyulub. Əlavə vaxtda da başqa qol vurulmadığı üçün “Kadiz” mübarizəni dayandırıb.

 

Çünki yarışın əsasnaməsinə görə belə olduğu halda, İspaniya Sequndasında mövsümü daha yuxarı pillədə bitirən komanda qalib sayılır. “Kadiz” turnir cədvəlində 5-ci, “Tenerife” isə 4-cü yerdə qərarlaşdığından, ikincilər pley-off mərhələsində finala çıxıb. Həlledici görüşlər "Xetafe"yə qarşı oynanılacaq.

Qeyd edək ki, ilk dueldə oynamayan Eddi bu dəfə də matçı ehtiyat oyunçular skamyasından izləyib.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər