Əbülfəz 1/4 finalda uduzsa da...

Əbülfəz 1/4 finalda uduzsa da...

Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizəyə qoşulan parataekvondoçumuz Əbülfəz Abuzərli (80 kq) 1/4 finalda məğlub olub.

Fanat.Az xəbər verir ki, K44 kateqoriyasında mübarizə aparan idmançımız meksikalı Luis Najeraya (Meksika) 3:6 hesabı ilə yenilib.

Abuzərov uduzsa da, təsəlliverici görüşdə iştirak edəcək. O, serbiyalı Nikola Spayiçlə qarşılaşacaq. Görüş saat 19:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər