Fiqurlu konkisürmə üzrə Rusiyanın əməkdar məşqçisi Aleksandr Julin “Zenit”in və “Adana Dəmirspor”un sabiq hücumçusu Artyom Dzyubanın idmanın bu növü ilə məşğul olmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "legalbet" saytı 59 yaşlı mütəxəssisin bu barədə dediklərini belə çatdırıb:
"Dzyuba koordinasiyalı adamdır, fiziki cəhətdən güclüdür. Buz üzərində uğur qazana bilər. Mövsüm başa çatmaq üzrədir. Gələn il özünü sınaya bilər. Bu mövzuda ona dəstək olmağa hazıram".
Emin