İtaliya A Seriyasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az sözügedən çempionatın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Yuventus"un hücumçusu Duşan Vlahoviç bütün rəqiblərini qabaqlayıb.
İlin ilk ayında İtaliya birinciliyində 4 oyuna çıxan serb forvard 6 qol vurub.
Xatırladaq ki, Vlahoviç Turin təmsilçisinə 2022-ci ildə "Fiorentina"dan transfer olunub. Onun "qoca sinyora" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.