Duşan Tadiç hücuma məruz qaldı

Duşan Tadiç hücuma məruz qaldı

"Ayaks"ın kapitanı Duşan Tadiç hücuma məruz qalıb.

Fanat.Az "De Telegraaf"a istinadən xəbər verir ki, o, iki silahlı soyğunçuya müqavimət göstərərkən xəsarət alıb. 

Mənbənin məlumatına görə, quldurlar oyunçunun əlindən saatı almağa çalışıblar. Lakin Tadiç yaxınlıqdakı kafeyə girərək silahlı şəxslərdən qurtula bilib. 

Duşan əlindən yüngül xəsarət alıb. Quldurlar onun paltarını da cırıblar. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər