Yəqin ki, bir çoxlarınızı "dünyanın ən çətin idman növü hansıdı" sualı çox düşündürür. Bu sualın cavabını tapmaq istəyirsinzsə bu siyahını oxuyun.
Buz xokkeyi

Əzələ gücü: 8
Sürət: 9
Dayanıqlılıq: 8
Ümumi davamiyyət: 8
Cəmi: 33
Buz üzərində sürüşən hər kəs burda dayanmağın nə qədər çətin olduğunu bilir. Düşünün ki, bununla yanaşı, bir də qara bir diskin ardınca qaçırsınız və buna görə sizi yerlə bir etməyə hazır olan rəqiblərlə mübarizə aparırsınız.
Reqbi

Əzələ gücü: 8
Sürət: 8
Dayanıqlılıq: 8
Ümumi davamiyyət: 9
Cəmi: 33
Bu siyahıdakı əksər idman növlərində olduğu kimi reqbi də sürət, çeviklik və güc tələb edir. Bununla yanaşı, reqbiyə fiziki təmas və qrup mübarizəsi də daxildi. Reqbi oyunçuları ümumiyyətlə gündəlik həyatınızda dava etmək istəməyəcəyiniz insanlar arasında yer almalıdı.
Amerikan futbolu

Əzələ gücü: 10
Sürət: 9
Dayanıqlılıq: 6
Ümumi davamiyyət: 10
Cəmi: 35
Amerikan futbolu dünyanın ən sürətli, böyük və güclü atletləri tərəfindən oynanılan idman növüdü. Əksər oyunlar 4 saniyə sürməsinə rəğmən hər bir oyunçu dünyanın ən yaxşaları ilə qarşı-qarşıya gəlir. Amerikan futbolu zədələnmək riski çox yüksək olan idman növüdü. Qol və ayaqların sınması, dişlərin yerindən çıxması kimi zədələrə tez-tez rast gəlinir.
MMA və güləş

Əzələ gücü: 8
Sürət: 10
Dayanıqlılıq: 8
Ümumi davamiyyət: 10
Cəmi: 36
Qarışıq döyüş sənətləri olaraq tanınan MMA (mixed martial arts) döyüşlə güləşin kombinasiyasıdı. Hər bir raundu 5 dəqiqədən ibarət olur və rəqiblər bir-birini nakaut etmək üçün mübarizəyə girişir.
Güləş də MMA-ya bənzər bir şəkildə iki rəqibin bir-birinin çiyini yerə vurmağa çalışdığı idman növüdü. Komanda idman növlərində bir az istirahət etmək şansınız ola bilər və ya bir anlıq dalğınlığınız komanda yoldaşlarınız tərəfindən sığortalana bilər. Amma bu tərz idman növlərində səhv etmək şansınız yoxdu. Bir anlıq dalğınlıq nəticəsində çiyninizi yerdə görə bilərsiniz.
Üzgüçülük

Əzələ gücü: 3
Sürət: 6
Dayanıqlılıq: 9
Ümumi davamiyyət: 2
Cəmi: 20
Üzgüçülük idmançılara istirahət fürsəti vermədiyi üçün ən çətin idman növləri arasına daxil olub. Hovuzun içində vücudunuz daim hərəkət etdiyindən istirahətə bir saniyə belə imkanınız olmur. Yaxşı bir üzgüçü olmaq üçün çəkməli olduğunuz zəhməti də nəzərə alsaq, nə qədər çətin idman növü olduğunu anlayarıq. Dünyanın ən yaxşı üzgüçülərindən olan Maykl Felps gündə düz 7 saat məşq edir.
Tennis

Əzələ gücü: 3
Sürət: 8
Dayanıqlılıq: 6
Ümumi davamiyyət: 4
Cəmi: 21
Tennis matçları qısa müddətli "partlamalarla" bütün enerjinizi xərcləməli olduğunuz sıçrayışlar, ani yer dəyişmələrlə zəngindi. Bütün bunlar güclü olmağı, sürətli davranmağı və dözümlülüyü tələb edir. Həmçinin matçların əksər hallarda yandırıcı günəş şuaları altında keçirilməsi vəziyyəti bir az da qəlizləşdirir.
Avarçəkmə

Əzələ gücü: 8
Sürət: 1
Dayanıqlılıq: 9
Ümumi davamiyyət: 7
Cəmi: 25
Avarçəkmə texnikanın və gücün birləşdiyi xüsusi bir kombinasiyadı. Yaxşı bir avarçəkənin sağlam ayaq, qarın və kürək əzələləri olmalıdı. Bununla yanaşı, bu yarışlarda nəfəs nəzarəti də çox önəmlidi. Komanda yoldaşlaınızla birlikdə ahəngli şəkildə avar çəkmək vacibdi.
Basketbol

Əzələ gücü: 5
Sürət: 8
Dayanıqlılıq: 7
Ümumi davamiyyət: 5
Cəmi: 25
İlk ənənvi komanda idman növlərindən olan basketbol da tennis kimi ani "partlamalar"ın baş verdiyi, çeviklik və sürət tələb edən idman növüdü. Salonu daim bu başdan o başa çatmaq, daim mövqe tutmaq vacib olur. Oyunun çətinliyini artıran məqam isə ikili mübarizələrdi.
Futbol

Əzələ gücü: 5
Sürət: 9
Dayanıqlılıq: 8
Ümumi davamiyyət: 4
Cəmi: 26
Dünyanın ən məşhur idman növü olan futbolun ən önəmli xüsiyyəti sürətdi. Bəzən son sürətlə qaçarkən anidən dayanıb mövqeyinizi dəyişməyiniz lazım gəlir. 90 dəqiqə matç müddətini, meydanın böyüklüyünü və gərginliyi nəzərə alsaq futbolun bu siyahıya düşməsinin səbəbi anlaşılar.
Lakros (Lacrosse)

Əzələ gücü: 7
Sürət: 8
Dayanıqlılıq: 7
Ümumi davamiyyət: 7
Cəmi: 29
Bu idman növü ölkəmizdə yayılmasa da, çoxumuz adını eşitməsək də, lakros çətinlik dərəcəsinə görə futbolu belə geridə qoyur. Oyun bəzi yönlərinə görə futbola bənzəsə də, fiziki çətinliyinə görə futboldan daha ağırdı. Çünki topa nəzarət etməyə çalışdığınız bir vaxtda həm də rəqiblərinizin bədənləri və zopaları ilə etdiyi müdaxilələrin də qarşısını almalısınız.
Fanat.az