İngiltərənin "Forest Green Rovers" klubu vegetarianlıqla diqqət çəkir. Fanat.az xəbər verir ki, klub 2011-ci ildən etibarədən ət məhsullarını menyularına daxil etmir.
Aşağı liqa təmsiçisi ötən həftə vegetarianlığa görə süd və bal məhsullarından istifadə etməyəcəkləri də azarkeşlərinə bildirib.
Klub prezidenti Dale Vinse isə məsələyə belə aydınlıq gətirib: "Artıq 4 mövsümdü ki, ət məhsullarından istifadə etmirik. Buna görə də 2010-cu ildə klubun rənglərini yaşıl-ağdan ağ-qaraya dəyişməyimiz təsadüf deyildi. Bu, heyvanlara qarşı zülmdü. Sadəcə, İngiltərədə hər gün 3 milyon heyvan əti yeyilir. Hələ mən bu siyahıya balıqları daxil etmirəm. Heyvanların hamısı qısa həyat yaşayır. Bundan başqa ət yemək insan sağlamlığı üçün zərərlidir. Heyvan əti insan orqanizmində xərçəng xəstəliyi yaradır".
Qeyd edək ki, sözügedən klubdan başqa hələ ki, heç bir komanda bu addımı ilə diqqət çəkməyib.
Fanat.az