Almaniya çempionu "Bavariya" Məsut Özili transfer etmək istəyir. Fanat.az xəbər verir ki, Münhen klubu bu yöndə fəaliyyətə başlayıb.
Məsut bir müddət əvvəl "Arsenal"ın yeni müqavilə təklifini qəbul etməmişdi. Onun Almaniyaya dönərək "Bavariya"da oynamağa mənfi yanaşmadığı deyilsə də, hələ yekun qərarını vermədiyi bildirilir. Türk əsilli ulduz futbolçu düşünmək üçün vaxt istəyib.
Qeyd edək ki, "Arsenal" Məsutu 2013-cü ildə "Real"dan 46 milyon avroya alıb. Hazırda "Tranfermarkt" ona 50 milyon avro qiymət qoyub. Cari mövsümdə 45 rəsmi oyun keçirən türk futbolçu 8 qol vurub və 20 məhsuldar ötürmə verib.
Fanat.az