Dünya Kuboku: Teymur Rəcəbov 4-cü final görüşündə "sülh"ə razılaşdı

Dünya Kuboku: Teymur Rəcəbov 4-cü final görüşündə "sülh"ə razılaşdı
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda dördüncü - sonuncu final görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlib. Qarşılaşma 31-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Ümumi hesabda (2:2) qalib müəyyənləşmədiyindən, oktyabrın 4-də "tay-breyk" olacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər