Dünya çempionumuza avtomobil hədiyyə olunacaq

Dünya çempionumuza avtomobil hədiyyə olunacaq

Kikboksinq üzrə azərbaycanlı dünya çempionu Anar Məmmədova avtomobil hədiyyə olunacaq.

Fanat.Az xəbər verir ki, bu gün start götürmüş kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimində federasiya rəhbərliyi tərəfindən ona “Şkoda Rapid” avtomobilinin açarı təqdim olunacaq.

Qeyd edək ki, Anar Məmmədov ötən il İtaliyada keçirilmiş dünya çempionatının Azərbaycandan yeganə qalibi olub. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev yarışdan öncə dünya çempionlarına avtomobil hədiyyə edəcəyinə söz vermişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər