Dünya çempionu rəsmən "Fənərbaxça"da

Dünya çempionu rəsmən "Fənərbaxça"da
Adil Raminin "Fənərbaxça”ya keçidi rəsmiləşib.
Fanat.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir, Mərakeş əsilli 33 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olan Raminin son klubu "Marsel” olub. O, əvvəllər "Valensiya", "Sevilya" və "Milan" kimi klublarda oynayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər