Dünya çempionu ol, 35 milyon qazan

Dünya çempionu ol, 35 milyon qazan
FIFA-nın Braziliyanın Kosta do Sauipe şəhərində keçirilən İdarə Heyətinin iclasında dünya çempionatının mükafat fondu müəyyənləşdirilib. Fanat.az xəbər verir ki, iştirakçılara ödəniləcək məbləğ CAR-2010-la müqayisədə 37 faiz artaraq, 420 milyon dollardan 576 milyon dollara çatıb.
FIFA-dan verilən açıqlamada bildirilib ki, klublar üçün ayrılan pulun məbləği də artırılıb. Belə ki, 2010-cu ildə 40 milyon dollar olan məbləğ 2014-cü ildə 170 milyon dollara yüksəldiləcək. 
Dünya çempionatının qalibinə FIFA 35, ikinci yerin sahibinə 25, üçüncüyə 22 və dördüncüyə 20 milyon dollar veriləcək. Turnirin final mərhələsinə qatılan 32 komandanın hər birinə 1,5 milyon ödəniləcək. Turnirə futbolçusu qatılan klublara üzv olduğu federasiyalar vasitəsi ilə 70 milyon dollar paylanacaq. 
Dünya çempionu: 35 milyon dollar
İkinci yer: 25 milyon dollar
Üçüncü yer: 22 milyon dollar
Dördüncü yer: 20 milyon dollar
5-8-ci yerlər: 56 milyon dollar (4 komanda)
9-16-cı yerlər: 72 milyon dollar (8 komanda)
17-32-ci yerlər: 128 mildyon dollar (16 komanda)  
Dünya çempionatına hazırlıqlar üçün: 48 milyon dollar (32 komanda)
Dünya çempionatına futbolçu göndərən klublar: 70 milyon dollar
Klub Qoruma Proqramı: 100 milyon dollar
Cəmi: 576 milyon avro
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər