Droqbo prezidentliyə namizədliyini verdi

Droqbo prezidentliyə namizədliyini verdi
Afrika futbolunun Avropadakı ən yaxşı təmsilçilərindən sayılan Didye Droqba prezident olmaq istəyindədi.
 
Fanat.Az xəbər verir ki, sabiq hücumçu Fil Dişi Sahili Futbol Federasiyasının başqanı postuna namizədliyini irəli sürüb.
 
O, seçkilərdə İdris Diallo ilə mübarizə aparacaq. Maraqlıdı ki, Droqbanın ölkəsində çoxlu tərəfdarı olsa da, bu seçkilərdə favorit göstərilmir. FİFA-da da çalışan Diallo federasiya prezidenti olmağa daha şanslı hesab olunur.
 
"Genqam”, "Olimpik” (Marsel), "Çelsi” və "Qalatasaray” kimi klublarda forma geyinmiş Droqba, iki dəfə Afrikada ilin futbolçusu seçilib, bir dəfə UEFA Çempionlar Liqasının, dörd dəfə İngiltərə Premyer Liqasının, bir dəfə Türkiyə Super Liqasının qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər