"Dörd cəzalı, bir zədəlimiz olsa da, qalib gəldik" 

"Dörd cəzalı, bir zədəlimiz olsa da, qalib gəldik" 

Birinci Liqanın 3-cü turunda "Araz Saatlı"nın qonağı olan "Mingəçevir" 2:0 hesablı qələbə qazanaraq cari mövsümdə ilk dəfə 3 xalı aktivinə yazmış oldu. Komandanın baş məşqçisi Samir Məmmədovla əlaqə saxlayıb səfərdə əldə edilən qələbə ilə bağlı fikirlərini öyrəndik.

Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:

"Düzdür, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Bu dəfə azarkeşlərimizi sevindirə bildiyimizə görə daha çox yetirmələrimə "sağ ol" deyirəm. Hər birinə təşəkkür edirəm. Komandamızda 4 cəzalı və 1 zədəli futbolçu var idi. İtkilərə baxmayaraq, qələbə qazandıq. İnşallah, növbəti oyunlarda da azarkeşlərimizi sevindirə bilərik".

Qeyd edək ki, "Mingəçevir" 3 turdan sonra 3 xalla 6-cı pillədə qərarlaşıb. "İşıqçılar" növbəti turda evdə "İmişli"ni qonaq edəcəklər.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər