Çempionlar Liqasının ardınca Avropa Liqasında da 1/4 finala start verilir. Fanat.az xəbər verir ki, mərhələnin ilk oyunları bu gün keçirəcək və Bakı vaxtı ilə saat 23.05-də başlayacaq.
Gecənin ən maraqlı qarşılaşması Almaniyada baş tutacaq. Erkən final adlandırılan matçda Dortmund "Borussiya"sı "Liverpul"u qəbul edəcək. "Liverpul" tarixi ərizində 3 dəfə Avropa Liqasını (UEFA Kuboku, 1973, 1976, 2001) qazanıbsa, "Borussiya" cəmi 2 dəfə finalda oynayıb (1993, 2002).
Gecənin digər bir maraqlı qarşılaşması Bilbaoda keçiriləcək. İspaniya derbisi adlanan qarşılaşmada "Atletik" "Sevilya"nı sınağa çəkəcək. "Sevilya" 2006, 2007, 2014 və 2015-ci illərdə Avropa Liqasının qalibi olaraq turnirin rekordçusuna çevirilib. "Atletik" isə indiyədək bu turnirdə finala belə çıxa bilməyib.
Bu gecə İspaniyada daha bir matç baş tutacaq. Həmin qarşılaşmada "Vilyarreal" Çexiya "Spartak"ını qəbul edəcək. "Vilyarreal" 2004 və 2011-ci illərdə bu turnirdə yarımfinala çıxıbsa, "Sparta"nın aktivində hələ heç bir uğur yoxdu.
Gecənin digər oyunu Portuqaliyada baş tutacaq və "Braqa" "Şaxtyor"u qəbul edəcək. Ukrayna klubu 2008/09 mövsümündə UEFA Kubokunun (indiki Avropa Liqası) qalibi olub, Portuqaliya təmsilçisi isə 2011-ci ildə finalda oynayıb.
Avropa Liqası
1/4 final (ilk oyunlar)
7 aprel
23.05 Borussiya (Dortmund, Almaniya) - Liverpul (İngiltərə)
Hakimlər: Karlos Velasko Karbalyo, Roberto Alonso, Xuan Yuste, Raul Kabanero (İspaniya).
Əlavə köməkçi hakimlər: Jesus Gil Manzano, Karlos del Kerro (İspaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.
23.05 Atletik (İspaniya) - Sevilya (İspaniya)
Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin, Hari Besvik (İngiltərə).
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (İngiltərə).
Bilbao. “San Mames” stadionu.
23.05 Vilyareal (İspaniya) - Sparta (Çexiya)
Hakimlər: Ovidiu Hateqan, Oktavian Şovre, Sebastian George, Radu Ginquleaç (Rumıniya).
Əlavə köməkçi hakimlər: Alexandru Tudor, Sebastian Koltesku (Rumıniya).
Vilyareal. “Madriqal” stadionu.
23.05 Braqa (Portuqaliya) - Şaxtyor (Ukrayna)
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Vammark, Mehmet Çulum (İsveç).
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (İsveç).
Braqa. “Munisipial” stadionu.
Fanat.az