"Qəbələ"nin kapitanı Dodonun məşqlərə başlayacağı tarix müəyyənləşib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu fevralın 21-də komandanın sıralarına dönəcək.
Zədə səbəbindən "Rəvan"la oyunu buraxan kapitan hələ də ağrı hiss edir. Dodo məşqlərə başlasa da, böyük ehtimalla "Xəzər Lənkəran"a qarşı oynamayacaq.
Fanat.az