İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az sözügedən çempionatın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Liverpul"un hücumçusu Dioqu Jotadır.
İlin ilk ayında çıxdığı 3 İPL matçına çıxan portuqaliyalı 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb və komandasının bu matçarı qələbə ilə başa vurmasına yardımçı olub.
Qeyd edək ki, 24 oyuna 54 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlinin zirvəsində qərarlaşıb. İkinci yerdə mövqe tutan "Mançester Siti"nin isə 52 xala malikdir. Xosep Qvardiolanın komandasının ehtiyatda 1 oyunu da var.