Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən "Kəpəz" - "Daçiya" matçında gərgin anlar yaşanıb.
Fanat.az xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində top uğrunda mübarizə zamanı gəncəlilərin futbolçusu Kərim Diniyev topu meydandan kənara çıxarmaq istəyərkən onu "Daçiya"nın prezidenti Adlan Şişxanova vurub.
Qarşılaşmada moldovanların baş məşqçi funksiyasnı yerinə yetirən klub prezidenti bu duruma əsəbləşib. Nəticədə tərəflər arasında qısa da olsa, gərgin anlar yaşanıb. Daha sonra isə "Kəpəz"in baş məşqçisi Şahin Dniyev Şişxanova yaxınlaşıb, aranı sakitləşdirib.
Qeyd edək ki, Kərim Diniyev baş məşqçi Şahin Diniyevin oğludu.



Fanat.az