Dini lider bu idman növünü "haram" elan etdi

Dini lider bu idman növünü "haram" elan etdi
Səudiyyə Ərəbistanın Baş müftisi Şeyx Abduləziz ilginc fətva verib. Fanat.az xəbər verir ki, dini lider şahmatın haram olduğunu bildirib.
Şahmatın İslam dininə uyğun olmadığını deyən Baş müfti insanları qumara təşviq etdiyini və qadağan edilməli olduğunu deyib. Onun fikrincə, bu oyun "zaman itkisi"di və oynayanlar arasında düşmənçiliyə səbəb olur. 
Qeyd edək ki, bundan əvvəl İraqın şiə liderlərindən Ayətullah Əli El-Sistani şahmatın qadağan olunmasını istəmişdi. 
Şahmat 1988-ci ilədək İranda "haram" qəbul edildiyi üçün yasaqlanmışdı. Ancaq İranın keçmiş dini lideri Ayətullah Xameyni qumar oyunu olaraq istifadə olunmadığı müddətdə şahmata icazə veriləcəyini bildirmişdi. Hətta İranın Şahmat Federasiyası da var.
Onu da qeyd edək ki, Şeyx Abduləziz bir müddət əvvəl qızların 10 yaşında belə evləndirilə biləcəyini deməklə bütün dünyada etirazlara səbəb olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər