Bir neçə gün öncə "Aston Villa" klubu ingiltərəli mütəxəssis Din Smiti baş məşqçi postundan qovmuşdu və onun yerinə "Liverpul"un əfsanəsi Stiven Cerrardı təyin etmişdi. Eyni zamanda İngiltərənin digər klubu "Norniç Siti"də Daniel Forku baş məşqçi postundan azad etmişdi.
Fanat.Az futbol insayderi Fabritsio Romanoya istinadən xəbər verir ki, "Aston Villa"nın sabiq baş məşqçisi Din Smit yaxın günlərdə çalışdırıcısız qalmış "Norviç Siti"yə başçılıq edəcək. Mənbənin məlumatına görə danışıqlar baş tutub və gün ərzində klub 50 yaşlı mütəxəssisi ictimaiyyətə təqdim edəcək.
Xatırladaq ki, "Norviç" hazırda 11 turdan sonra 5 xala malikdir və İPL-in turnir cədvəlinin sonuncu yerində qərarlaşıb.
Emin Şəmsiyev