Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

"Atletiko Madrid"in argentinalı baş məşqçisi Dieqo Simeone jurnalistlərlə söhbətində bu mövsümki işinə görə özünü tənqid edib. 

Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis "Marca"-ya bu barədə belə deyib: 

"Hələ bu mövsümün güclü və ya zəif tərəflərini hərtərəfli dəyərləndirməmişəm. Amma bəzi məqamlarda səhv qərarlar verdiyimi və bunun uğursuz nəticələrə səbəb olduğunu etiraf edirəm. Mən həmişə daha yaxşı olmaq istəyirəm. Oyunçularım yaxşı mövsüm keçirdilər, amma mən bunu bacarmadım”. 

Xatırladaq ki, Madrid klubu Dieqo Simeonenin rəhbərliyi altında bu mövsümün sonunda İspaniya çempionatında dördüncü yeri tutub. “Atletiko” növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər