"Çelsi"nin futbolçusu Dieqo Kostanın ötən ay kubok matçı çərçivəsində "Everton"la keçirilən qarşılaşmada etdiyi intizamsızlıq cəzasız qalmayıb.
Fanat.az xəbər verir ki, rəqibi Qaret Barri ilə mübarizə zamanı kobudluğa görə birbaşa qırmızı vərəqə alan Kostaya əlavə olaraq 1 oyunluq cəza da verilib.
Bundan başqa forvarda 20 min funt-sterlinq dəyərində cərimə kəsilib. Ümumilikdə 3 oyunluq cəzası olan 27 yaşlı oyuncu bu səbəbdən "Vest Hem"lə Premyer Liqa çərçivəsində oynanılan matçı buraxıb.
Bundan sonra isə Kosta "Aston Villa" və "Suonsi" matçlarında iştirak etməyəcək.
Fanat.az