Didye Droqba vətəndaş müharibəsini dayandırdı - İlginc faktlar

Didye Droqba vətəndaş müharibəsini dayandırdı - İlginc faktlar
Məşhur futbolçularla bağlı bilmədiyiniz ilginc məqamlar var. Fanat.az onlardan bəzilərini sizə təqdim edir:
* 8 oktyabr 2005-ci ildə Kot-D`İvuar yığması Sudanı yerərək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Komandanın kapitanı Didye Droqba oyundan sonra komanda yoldaşlarını başına yığaraq kamera qarşısına keçib və xalqına müraciət edib: "Diz üstə çökərək sizə yalvarırıq. Bu ölkə müharibəyə sürüklənməməlidi. Xahiş edirik, silahı yerə qoyun və seçkiyə gedin". Droqbanın bu çağırışından sonra vətəndaş mübaribəsi başa çatıb və minlərlə insanın həyatı xilas olub.
Didye Droqba vətəndaş müharibəsini dayandırdı - İlginc faktlar
* Frank Lempard dünyanın ən ağıllı futbolçularından biridi. Onun IQ-sü düz 150-di. Futbolçu olmasaydı, yəqin ki, atom mühəndisi olardı.
* Polşalı futbolçu Yakub Blaşikovski 12 yaşında atasının anasını öldürməsinə şahidlik edib. 
* İngiltərə polisi Mario Balotelliyə bu ölkədə yaşadığı dövrdə 10 min funt-sterlinq park cəzası yazıb.
* Fabio Kannavaro 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatında top daşıyan olub. Əfsanəvi futbolçu 12 il sonra həmin kuboku kapitan kimi başı üzərinə qaldırıb.
* 27 yaşlı Jordi Albanın hələ də sürücülük vəsiqəsi yoxdu. Məşqlərə və oyunlara atası aparıb-gətirir.
* Patrik Evranın 23, Aleks Sonkun 27 bacı-qardaşı var. İki futbolçunun bacı-qardaşlarından 11 nəfərlik 4 komanda qurmaq olar.
Didye Droqba vətəndaş müharibəsini dayandırdı - İlginc faktlar
* "Arsenal"ın çex qapıçısı ingilis, portuqal, ispan və alman dillərində danışa bilir. 
* Rus futbolçu Andrey Arşavin moda həvəskarıdı. O, bu sahə üzrə təhsil alıb və 3 kitab yazıb.
* Karyerası ərzində "Viqan", "Derbi Konti" və "İpsviç" kimi klubları çalışdırmış Paul Jevellin bu yaxınlarda seks kaseti yayılıb.
* Tiv Hovardda nevroloji xəstəlik olan Tourette sindromu var.
* Kaka gəlirinin 40 faizini Riodakı İgreja Universal do Reino Deus adlı bir kilsəyə bağışlayır.
* Rayan Giqqz həyat yoldaşını qardaşının arvadı ilə 8 il aldadıb. 
Didye Droqba vətəndaş müharibəsini dayandırdı - İlginc faktlar
* Matt Le Tissier Kannel adalarında doğulduğu üçün istədiyi ölkənin yığma komandasını seçmək haqqı olub. O, 1994-1997-ci illərdə İngiltərə yığmasında oynayıb.
* Belçikalı futbolçu Romelu Lukaku ingilis, fransız, ispan, flaman (Belçikanın Flandra bölgəsində danışılan dil) və svahili (Şərqi Afrikada istifadə olunan dil) dillərində danışa bilir.
* İker Kasilyasın atası proqnoz həvəskarıdı. O, bütün La Liqa matçlarına yüksək məbləğdə pul qoyuluşu edir.
* Frank Riberi uzun illər əvvəl İslam dinini qəbul edib və adını dəyişdirərək Bilal Yusif Məhəmməd qoyub. Amma hələ də Frank Riberi adından istifadə edir.
Didye Droqba vətəndaş müharibəsini dayandırdı - İlginc faktlar
* Fransız futbolçu Rio Mavuba beynəlxalq sularda üzən bir qayıqda dünyaya gəlib. Bu səbəbdən onun doğum sənədlərindəki milliyət bölümü boşdu. 2004-cü ildə - 20 yaşında böyüdüyü ölkə olan Fransanın vətəndaşlığını seçib.
* Ronaldinyo gənclər komandasında oynadığı zaman 23:0 hesabı ilə udduqları matçda 23 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər