Argentina millisinin və "Roma"nın hücumçusu Paulo Dibala klubun əfsanəsi Françesko Totti ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, Nikolo Skiraya açıqlamasında Tottini yaxından tanımaq istədiyini deyib:
"Onunla söhbət etmək və yaxından tanımaq üçün şam etmək və ya kofe içmək istərdim. Çox hörmət edirəm Tottiyə".
Qeyd edək ki, italiyalı veteran futbolçu peşəkar karyerası ərzində sadəcə "Roma"da çıxış edib. Hücumçu 1997-ci ildən 2017-ci ilə dək paytaxt klubunda çıxış edib.
Xatırladaq ki, Dibala "Roma"ya ötən ilin yayında keçib.
Röya