"Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli komanda yoldaşı Anxel Di Mariya barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "Yuve"nin "Twitch" kanalına bölüşüb:
"Anxel qeyri-adi və inanılmaz oyunçudur. Onun bizə heç bir aidiyyatı yoxdur. Di Maria tam başqa idman növü ilə məşğul olur. Uğurlarına, qazandığı titullara rəğmən, sadə və ciddi insandır".
Qeyd edək ki, DÇ-2022-nin qalibi olan 35 yaşlı Di Maria "Yuventus" forması ilə çıxdığı 24 oyunda 8 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat