"Fənərbaxça" Bakı vaxtı ilə saat 20.30-da start götürəcək "Fənərbaxça" derbisindən öncə şok qalmaqalla çalxalanalır. Fanat.az xəbər verir ki, komandanın aparıcı simalarından olan Caner Erkin oyundan əvvəl baş məşqçi Vitor Pereyra ilə dava edib.
Futbolçu hətta baş məşqçini söyüb. Bundan sonra Caner Erkin derbinin heyətindən çıxarılıb və adı "18-liy"ə salınmayıb.
Artıq "Fənərbaxça" xəbəri təsdiq edib. Klubun bununla bağlı açıqlamasında deyilir: "Bu gün oynanılacaq "Qalatasaray" - "Fənərbaxça" qarşılaşmasından öncə klubun bazasında Vitor Pereyranın futbolçularımızla keçirdiyi toplantıdan sonra 18 nəfərlik heyətdə yer alan Caner Erkin baş məşqçimə qarşı idmançı əxlaqına sığmayana hərəkətlər və səviyyəsizlik edib. Baş məşqçi tərəfindən futbolçu "18-lik"dən çıxarılıb. Heyətdən kənarlaşdırılan Caner Erkinlə bağlı qərarı İdarə Heyəti verəcək".
Fanat.az