Derbidə qol səsi gəlmədi, "TT Arena" sevinmədi

Derbidə qol səsi gəlmədi, "TT Arena" sevinmədi
Bu gün dünyanın ən böyük derbilərindən biri baş tutub. Fanat.az xəbər verir ki, Türkiyə Super Liqasının XXVI turunun matçında "Qalatasaray" - "Fənərbaxça" matçı keçirilib.
Əslində, bu matç martın 20-də baş tutmalı idi. Amma həmin gecə "Türk Telekom Arena"da terror təhlükəsi olduğundan qarşılaşma təxirə salınmışdı. Bu gün baş tutan qarşılaşmada hesab açılmayıb və komandalar hərəyə bir xal qazanıb.
Qeyd edək ki, bu komandalar arasında 382-ci qarşılaşma olub. İlk dəfə 1909-ci ilin 17 yanvarında qarşılaşan əzəli rəqiblərin 107 illik rəqabətində "Fənərbaxça" 144, "Qalatasaray" 122 qələbə qazanıb, 116 görüşdə qalib müəyyənləşməyib. Top fərqi də "sarı-lacivərdlilər" üstündü - 529:481.
Əzəli rəqiblər 58-ci mövsümü keçirilən ölkə çempionatında 118 dəfə üz-üzə gəlib. Bu oyunlarda "Fənərbaxça" 48, "Qalatasaray" 33 qələbə qazanıb, 37 matç "sülh"lə bitib. Top fərqi də "Fənər"in xeyirinədi - 151:116.
Onu da qeyd edək ki, "Fənərbaxça" cari mövsüm keçirdiyi 28 oyunda 61 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və 28 oyunda 66 xal qazanan lider "Beşiktaş"dan 5 xal geri qalır. Uğursuz mövsüm keçirən "Qalatasaray" isə 28 oyundan sonra 41 xalla 6-cı pilləni tutur.
Türkiyə
Super Liqa
XXVI tur
13 aprel
Qalatasaray - Fənərbaxça 0:0
Qalatasaray: 1. Fernando Muslera, 7. Yasin Öztekin, 8. Selcuk İnan (5. Bilal Kısa, 82), 10. Uesli Sneyder, 11. Lukas Podolski, 15. Rayan Donk, 22. Hakan Balta, 26. Semih Kaya, 29. Olcan Adın, 52. Emre Çolak (55. Sabri Sarıoğlu, 62), 64. Cason Denayer (28. Koray Günter, 77).
Ehtiyat oyunçular: 99. Cenk Gönen, 9. Umut Bulut, 27. Martin Linnes, 38. Tarık Çamdal.
Baş məşqçi: Jan Olde Riekerink.
Fənərbaxça: 1. Volkan Demirel, 3. Hasan Ali Kaldırım, 4. Simon Kyaer, 5. Mehmet Topal, 6. Jozef de Souza, 11. Robin van Persi (9. Fernandao, 66), 17. Nani, 20. Volkan Şen (10. Dyeqo, 71), 22. Bruno Alveş, 26. Alper Potuk (8. Ozan Tufan, 80), 77. Gökhan Gönül.
Ehtiyat oyunçular: 40. Fabiano Ribeyro,  15. Uyqar Mert Zeybek, 19. Şener Özbayraklı, 24. Miçal Kadlek.
Baş məşqçi: Vitor Pereyra.
Sarı vərəqələr: Yasin Öztekin, 66. Sabri Sarıoğlu, 78.
Hakimlər: Mete Kalkavan, Aleks Taşçıoğlu, Esat Sancaktar, Talqa Özkalfa.
Əlavə köməkçi hakimlər: Sarper Barış Saka, Burak Taşkınsoy.
İstanbul. "Türk Telekom Arena".

1.

Beşiktaş

28

21

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər