“Gecə Rio-2016 XXXI Yay Olimpiadasında 60 kilolqram çəki dərəcəsində 1/4 final yarışında Azərbaycan boksçusu Albert Səlimov çox zəif oyun göstərdi”. Fanat.Az xəbər verir ki, bu fikirləri deputat Aydın Mirzəzadə yazıb.
O, bildirib ki, sanki, rinqdə tanıdığımız Albert deyildi: “Döyüş təşəbbüsünü tamamilə təcrübəsiz 21 yaşlı Fransa boksçunua vermişdi. Ən məsul anda idmançılarımızın zəiflik göstərməsi təəssüf doğurur. Medalın bir addımlığında belə oyun göstərmək yolverilməzdir. Yaxşı ki, Kamran Şahsuvarlının inamlı oyunu azarkeşlərini sevindirdi. Kamran artıq 1/4 finaldadır, heç olmasa o növbəti oyununu inamla keçirə”.
Fanat.Az