"Atletiko Madrid" in hücumçusu Memfis Depay klubu tərk edəcək.
Fanat.Az xəbər verir ki. bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano Niderland millisinin baş məşqçisi Ronald Kumana istinadən yayıb.
Romano əlavə edib ki, niderlandlı futbolçu paytaxt klubundan azad agent kimi ayrılacaq. Tərəflər 2025-ci ilin iyun ayına qədər olan müqaviləni vaxtından əvvəl ləğv etməyə qərar veriblər.
Memfis Depay Kumanın rəhbərliyi altında Avropa çempionatında mübarizə aparacaq. Belə ki, o, Niderlandın AÇ-2024 üçün yekun heyətinə daxil edilib.
Mirağa